“Rusiya ilə Ukrayna arasında münaqişəyə son qoyulması və sülhün bərqərar olması üçün artıq bir missiya həyata keçirilir”.
“AzPolitika.info” xəbər verir ki, bunu katoliklərin ruhani lideri Papa Fransisk Macarıstan səfərindən qayıdarkən jurnalistlərə verdiyi müsahibədə deyib.
Papa Macarıstan səfəri çərçivəsində Baş nazir Viktor Orban və Rus Pravoslav Kilsəsinin Budapeştdəki nümayəndəsi Metropolit Hilarion ilə Ukraynadakı vəziyyəti dəyərləndirdiyini ifadə edib.
“Kanalları açsaq (müharibəy’ dair-red.) sülhün olacağına inanıram. Kanallar bağlı olduğu təqdirdə sülh mümkün deyil. Biz müharibəyə dair hər şeyi danışdıq. Çünki hər kəs sülhə gedən yolda maraqlıdır. Mən Ukrayna üçün nə lazımdırsa, etməyə hazıram. Hazırda ictimaiyyətə məlum olmayan bir missiya da var. Bu ictimaiyyətə açıqlanarsa, o zaman bu haqda da danışacam”,- deyə o, bildirib.
“AzPolitika.info”


Şərhlər