Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə prokuror Orxan Səmədov ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə Rəşad Dağlı özünü təqsirli bilməyib.
Məhkəmənin növbəti iclası mayın 19-na təyin edilib.
Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib.
Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.


Şərhlər
Marks deyib ki,meyxana xalq üçün tiryəkdir.Odur ki meyxana deyilən şeyi teleekrandan tamamilə kənar etmək lazımdır.Çünki Formula yarışları kimi tamamən gərəksiz bir şeydir millətə.Nə var axı,hoyhahoy.Yekə,enli kişilərdi çoxusu,gedib gərəkli bir işin qulpundan yapışsınlar,KAMAZ-la respublikanın çaylaqlarından daş yığıb pulsuz daşısınlar məsəla şəhidlər üçün ev tikintisinə,bulvarda balıq tutsunlar detdomlara hədiyyə etsinlər,cəmiyyətə nəsə xeyirləri dəysin yəni.Nədəəbu?