Menu

MİT İŞİD liderinin zərərsizləşdirilməsinə dair əməliyyatın təfərrüatını açıqlayıb

01.05.2023, 18:38
MİT İŞİD liderinin zərərsizləşdirilməsinə dair əməliyyatın təfərrüatını açıqlayıb

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İŞİD liderinin zərərsizləşdirilməsinə dair əməliyyatın təfərrüatını açıqlanıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Təşkilatdan yerli mediaya bildirib.

Qeyd olunub ki, İŞİD-in “yeni xəlifəsi” adlandırılan Əbu Hüseyn əl-Hüseyni əl- Qureyşi kod adlı terrorçu Suriyanın şimalında 29 aprel 2023-cü ildə 4 saatlıq əməliyyat çərçivəsində zərərsizləşdirilib. Onun bir evin altında yerləşən bunkerdə gizləndiyi məlum olub. Əl-Qureyşi kəşfiyyat əməkdaşlarının “təslim ol” çağırışına əməl etməyərək, özünü intihar kəməri ilə partladıb.

Əbu Hüseyn əl-Hüseyni əl-Qureyşi 30 noyabr 2022-ci ildə İŞİD-in əvvəlki lideri Əbu Həsən əl-Qureyşinin öldürülməsindən sonra “yeni xəlifə” elan edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol