Menu

Morq işçisi ölənlərin orqanlarını satışa çıxarıb – ABŞ-da dəhşətli olay

01.05.2023, 18:59
Morq işçisi ölənlərin orqanlarını satışa çıxarıb – ABŞ-da dəhşətli olay

ABŞ-da morq çalışanının ölənlərin beyni, bədən nahiyələri, qol və ayağı da daxil olmaqla bir çox orqanını satdığı məlum olub.

“AzPolitika.info” xəbər verir ki, ABŞ-ın Arkanses ştatında yaşayan 36 yaşlı Candace Chapman Scott adlı morq işçisi cəsədlərdən götürülmüş ən azı 20 qutu bədən hissələrini Ceremi Li Pauliyə satmaqda ittiham olunur.

İddianamədən əldə edilən məlumata görə, Scott Pauliyə ölən şəxsin ağciyərini 1600 dollara satıb.

Scotun iyunun 7-də məhkəmə qarşısına çıxacağı bildirilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol