Menu

“ANKA-3” PUA-sı ilk uçuşunu bu ay həyata keçirə bilər

01.05.2023, 19:26
“ANKA-3” PUA-sı ilk uçuşunu bu ay həyata keçirə bilər

Türkiyənin pilotsuz uçuş aparatı “ANKA-3” ilk uçuşunu bu ay həyata keçirə bilər.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti müdafiə sənayesi idarəsi rəisi İsmail Dəmir “TRT Haberə” açıqlamasında bildirib.

O qeyd edib ki, “ANKA-3” 44 min fut yüksəkliyə qədər qalxa biləcək.

ANKA-3 “KAAN” milli döyüş təyyarəsi, “HÜRJET” və “F-16”lar ilə birgə əməliyyatlarda istifadə edilə bilər.

Bundan əlavə, “ANKA-3”-ün ümumilikdə 7 raket atma sistemi var.

Şərhlər

Moshu 2023-05-01 21:56:22

13411,2 m. əlbəttə PUA üçün gözəl nəticədir. Bu nəcib işdə zəhməti olan hər kəsə eşq olsun. Möhtəşəm

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol