Menu

Respublika Klinik Xəstəxanasına yeni mətbuat katibi təyin edilib

01.05.2023, 20:50
Respublika Klinik Xəstəxanasına yeni mətbuat katibi təyin edilib

TƏBİB-in tabeliyində olan M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yeni mətbuat katibi təyin edilib.

“Report”un əldə etdiyi məlumata görə, bu vəzifə Kamal Hacıyevə həvalə edilib.

Qeyd edək ki, K.Hacıyev bu təyinata qədər bir sıra dövlət və özəl strukturlarda, həmçinin keçmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) mətbuat xidmətində çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol