Menu

Rusiya Mərkəzi Bankı dollar almağa başlayıb - “Bloomberg” əsas məqsədi açıqladı

02.05.2023, 14:18
Rusiya Mərkəzi Bankı dollar almağa başlayıb - “Bloomberg” əsas məqsədi açıqladı

Neft gəlirlərinin artması səbəbindən dövlət maliyyəsi sabitləşib. Buna görə Rusiya may ayında ehtiyatları üçün valyuta alışını bərpa edəcək.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Bloomberg” agantliyi yazıb.

Agentliyin məlumatına görə, Maliyyə Nazirliyi bu həftə məlumat açıqlaya bilər. İlkin alış həcmi ayda təxminən iki yüz milyon dollara bərabər ola bilər. “Bloomberg”ə görə, Çin valyutası hələ də Rusiyanın 154 milyard dollarlıq Sərvət Fondunda əməliyyatlar aparmaq üçün istifadə edəcəyi əsas aktivdir.

Agentlik bildirir ki, valyuta alışlarının bərpası Rusiyanın Qərb ölkələri tərəfindən müəyyən edilmiş sanksiyalar və neftin qiymətinin yuxarı həddi şəraitində neft-dollar axını saxlamaq qabiliyyətini göstərəcək. Agentlik bildirir ki, Rusiya büdcəsi hərbi xərclər səbəbindən yaranmış gərgin vəziyyətə və həddindən artıq yüksək kəsirə baxmayaraq, sabitləşir.

“Bloomberg” rusiyalı iqtisadçı Aleksandr İsakovdan sitat gətirib: "Xarici valyuta alışlarının həcmi əvvəlcə kiçik, son dərəcə simvolik olacaq, çünki bu, Rusiyanın ehtiyatlarını xərcələmək əvəzinə, onları artırdığını nümayiş etdirəcək".

Ekspertlərin fikrincə, bundan əlavə, ehtiyatların yığılması rubla müsbət təsir göstərə bilər.

Yanvar ayında Rusiya Bankı bir illik fasilədən sonra büdcə qaydası çərçivəsində xarici valyuta ilə əməliyyatları bərpa etmək qərarına gəlib. Söhbət yüksək neft-qaz gəlirləri ilə xarici valyuta alıb, aşağı qiymətə satmaqdan gedir. İndi belə əməliyyatlar “dost olmayan ölkələrin” valyutaları - dollar və avro ilə deyil, Çin yuanı ilə həyata keçirilir. Bu, öz növbəsində, çarpaz məzənnələr vasitəsilə rublun dollara və avroya nisbətini dəyişməyə imkan verir. Maliyyə Nazirliyi ilin əvvəlində Rusiya neftinin qiymətinin ucuzlaşması səbəbindən yuanın satışını artırıb.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol