ABŞ əhalidə olan silahların və silahla törədilən zorakı cinayətlərin sayını azaltmaq üçün yeni bir kampaniya başlayıb.
“AzPolitika.info” xəbər verir ki, Nyu-York ştatının Baş prokuroru Letitia Ceymsin rəhbərlik etdiyi kampaniya çərçivəsində silahlarını təhvil verən vətəndaşlara 500 dolarlıq hədiyyə çeki verilir.
Bunun üçün Nyu-Yorkda 9 silah təhvilvermə məntəqəsinin yaradıldığı və kampaniya başlayandan indiyədək 3000-dən çox silahın toplandığı bildirilir.
Qeyd edək ki, təkcə bu il ABŞ-da təxminən 6 min adam silahlı hücumlarda həyatını itirib.
“AzPolitika.info”


Şərhlər