Menu

Aprel ayında 35 nəfərə elmi dərəcə verilməsindən imtina edilib

02.05.2023, 17:11
Aprel ayında 35 nəfərə elmi dərəcə verilməsindən imtina edilib

Aprel ayında 35 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

Bu barədə “Report”a Prezident yanında Ali Attestasiya Komissiyasından bildirilib.

Həmin müddətdə 53 nəfərə fəlsəfə doktoru, 12 nəfərə elmlər doktoru dərəcəsi verilib. Fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 30 nəfərə, elmlər doktoru dərəcəsi almaq istəyən 5 nəfərə isə imtina cavabı gəlib.

Bundan başqa, keçən ay 16 nəfərə dosent, 4 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 5 nəfərə, professor elmi adı almaq istəyən 1 nəfərə imtina verilib.

Şərhlər

Mürsəl 2023-05-02 18:34:09

??????

Mürsəl 2023-05-02 17:25:16

Bu AAK- ın imtina oyunudur. 10-15 min manat pul verdikdən sonra diplom veriləcək. Məqsəd budur. Bunu hamı bilir. Sadəlövh olmayın. Dünyanın heç bir yerində AAK yoxdur. Hər bir Universitet öz diplomunu verir, vəssalam.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol