Menu

Kral III Çarlzın tacqoyma mərasiminə bu ölkələrin liderləri dəvət olunmadı

03.05.2023, 12:39
Kral III Çarlzın tacqoyma mərasiminə bu  ölkələrin liderləri dəvət olunmadı

Rusiya Prezidenti Vladimir Putinlə yanaşı Belarus lideri Aleksandr Lukaşenko da Böyük Britaniya Kralı III Çarlzın tacqoyma mərasiminə dəvət edilməyib.

“AzPolitika.info” “Reuters”-ə istinadla xəbər verir ki, Böyük Britaniya Rusiya və Belarusla yanaşı, İran, Myanmar, Suriya, Əfqanıstan və Venesuela liderlərinə də dəvət göndərməyib.

“Böyük Britaniyanın diplomatik əlaqələri olan digər ölkələrin dövlət başçıları, həmçinin Britaniya krallıqlarının nümayəndələri mərasimi dəvət olunublar”, - “Reuters” öz mənbələrinə istinadla yazıb.

Həmçinin qeyd olunub ki, Şimali Koreya və Nikaraqua ölkələrinin başçılarına yox, yüksək səviyyəli diplomatlarına dəvət göndərilib.

Qeyd edək ki, III Çarlzın tacqoyma mərasimi mayın 6-da, şənbə günü Vestminsterdə keçiriləcək. Onunla birlikdə həyat yoldaşı Kraliça Consort Camilla da tac taxacaq. Mərasimə müxtəlif ölkələrdən iki minə yaxın dövlət rəsmisinin dəvət olunduğu bildirilir.

“AZPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol