Bu gün gecə Ukrayna pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Rusiya Prezidenti Vladimir Putinin Kremldəki iqamətgahına zərbə endirməyə cəhd göstərib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, PUA hücumu nəticəsinə Prezident Vladimir Putin xəsarət almayıb, o, adi qaydada öz işini davam etdirir.
Kremldən verilən məlumata görə, bu, 9 May - Qələbə Günü ərəfəsində terror aktı və Vladimir Putinə sui-qəsd cəhdidir.
“Rusiya ordusu və kəşfiyyat orqanları Kremlə hücum edən iki pilotsuz təyyarəni sıradan çıxarıb, itki yoxdur. Rusiya lazım bildiyi vaxtda və yerdə Ukraynanın Kremlə zərbə endirmək cəhdinə cavab vermək hüququnu özündə saxlayır”, - deyə məlumatda qeyd olunub.
“AzPolitika.info”

Şərhlər