Menu

Xerson hücuma məruz qalıb - 23 nəfər ölüb, 46 nəfər yaralanıb

04.05.2023, 10:37
Xerson hücuma məruz qalıb - 23 nəfər ölüb, 46 nəfər yaralanıb

Rusiya ötən gecə Ukraynanın Xerson şəhərini atəşə tutub.

“Report” xəbər verir ki, bu barədə Xerson hərbi vilayət administrasiyasının rəhbəri Aleksandr Prokudin teleqramda yazıb.

Onun sözlərinə görə, şəhər ağır artilleriya, PUA və aviasiya vasitələri ilə hücuma məruz qalıb.

Nəticədə 23 nəfər həlak olub, 46 nəfər yaralanıb və bildirilib ki, xəsarət alanlardan 2-si uşaqdır.

Məlumatda qeyd edilib ki, şəhərdə mülki binalar arasında dağıntılar da olub və ümumilikdə, 84 nəfər təxliyə edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol