Menu

MEDVEDEV BU DƏFƏ ZELENSKİNİ ÖLÜMLƏ TƏHDİD ETDİ - “Başqa çarəmiz qalmadı...”

04.05.2023, 11:45
MEDVEDEV BU DƏFƏ ZELENSKİNİ ÖLÜMLƏ TƏHDİD ETDİ - “Başqa çarəmiz qalmadı...”

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Kremlə hücuma cavab olaraq Ukrayna Prezidenti Volodimir Zelenskinin və onun komandasının məhv edilməli olduğunu bildirib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalından paylaşım edib.

“Bugünkü terror aktından sonra Zelenski və onun komandasının fiziki məhv edilməsindən başqa heç bir seçim qalmadı. Hətta qeyd-şərtsiz təslim olma aktını imzalamağa belə ehtiyac yoxdur”, - deyə Rusiya rəsmisi qeyd edib.

Xatırladaq ki, Rusiya mayın üçü gecə Kremlə PUA ilə hücum edildiyini açıqlayıb. Moskva hücuma görə Ukraynanı günahlandırıb. Kiyev isə ittihamları rədd edib.

“AzPolitika.info”

Şərhlər

Mubariz 2023-05-04 12:37:33

Olan şeydir,,paxmeldən ayılmayıb ,kül ölkə başına ,gör kimlər Rusyaya rəhbəlik edir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol