Menu

Azərbaycanın AÇG və Şahdəniz üzrə gəlirləri açıqlanıb

04.05.2023, 15:16
Azərbaycanın AÇG və Şahdəniz üzrə gəlirləri açıqlanıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin ilk 4 ayı ərzində Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlərini açıqlayıb.

ARDNF-dən "APA-Economics"ə verilən məlumata görə, AÇG yatağından - bu ilin əvvəlindən mayın 1-i tarixinə 2 468 mln. ABŞ dolları, Şahdəniz yatağından (qaz və kondensat) isə ilin əvvəlindən 1 may tarixinə 935,754 mln. ABŞ dolları gəlir əldə edilib.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 197,763 mln. ABŞ dollar təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol