“Mən sizə deyərdim ki, cənab Peskov yalan danışır. Bu, gülünc bir iddiadır. Birləşmiş Ştatların bununla heç bir əlaqəsi yoxdur”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Kremlə dron hücumunun ABŞ tərəfindən planlaşdırılmasıyla bağlı Peskovun ittihamını dəyərləndirərkən deyib.
Kirbi bunun arxasında kimin dayandığının hələ də bəlli olmadığını deyib: “Biz nə baş verdiyini doğrudan da bilmirik, vəziyyəti qiymətləndiririk. Mən bu səhər Dmitri Peskovun Vaşinqtonun bu məsələ ilə əlaqəsinin olmasına dair iddialarını gördüm. Mən sizi əmin edirəm ki, orada ABŞ iştirak etməyib. Bu hər nədirsə, bizimlə əlaqəli deyil”.
Xatırladaq ki, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov mayın 3-də PUA-ların iştirakıyla Kremlə edilən hücumun arxasında ABŞ-ın olduğunu bildirib.
“Biz inanırıq ki, bu işin arxasında Kiyev var. Kiyevin Kremlə hücumunun arxasında isə Vaşinqton dayanır. ABŞ-ın bu məsələdən boyun qaçırmaq cəhdləri gülüncdür. Kremlə hücum edən PUA-ların dəqiq haradan buraxıldığı məlum deyil, bununla bağlı istintaq məşğul olacaq. Dronlarla insidentdən sonra Kremldə vəziyyət normaldır, hər kəs öz yerində işləyir. Bu insidentdən sonra Kremldə təhlükəsizlik sistemi daha da gücləndiriləcək”,-Peskov deyib.
“AzPolitika.info”


Şərhlər