Azərbaycanda İranın casus şəbəkələrinin ifşası istiqamətində əməliyyatlar davam edir.

“AzPolitika.info” xəbər verir ki, “MOUZE” kanalının hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Azərbaycan ərazisində fars rejimini təbliğ edən xeyli sayda şəxs saxlanılıb. Onlara qarşı müxtəlif maddələrlə ittihamlar irəli sürülüb.

Saxlanılan şəxslərin evlərində, ofislərində aparılan axtarışlar zamanı fars rejimini təbliğ edən xeyli sayda materiallar, özlərinin “rəhbəri” kimi təqdim etdikləri Xameneinin və digər ağalarının şəkilləri maddi sübut kimi götürülüb. Bəzi şəxslərin evlərindən “Kərimə dövləti”ni qurmaq üçün insanları aldadan materiallar, “Ayətullah Xameneinin əsgərləri” yazılan vərəqələr tapılıb.

Hazırda casus şəbəkəsinin ifşası istiqamətində zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

“AzPolitika.info”