“Ali Məhkəmə öz qərarında vətəndaşların hüquqi bərabərliyini təmin edib və bu prinsiplərə ciddi riayət olunmasını tələb edib”.
“AzPolitika.info” “Haqqin.az”a istinadla xəbər verir ki, Ali Məhkəmə müəyyən edib ki, Əmlak Məsələləri üzrə Dövlət Xidməti torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı müraciətə baxarkən vətəndaşın bərabərlik hüququna riayət etməyə borcludur. “Belə ki, bu orqan torpaq sahələrinin ayrılması haqqında verilən sərəncam əsasında bir neçə şəxsin hüquqlarını qeydiyyata alaraq onlara reyestrdən çıxarış təqdim etsə də, eyni iddia ilə müraciət edən vətəndaşlara torpaq sahələrinin ayrılması hüququnu qeydə almaqdan imtina edib. İddiaçının iddiası eyni faktiki hallara və hüquqi əsaslara əsaslanırdı”, - “Haqqin.az” yazıb.
“Ali Məhkəmə hesab edib ki, Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ dövlət xidmətlərinin göstərilməsindəki bərabərlik hüququnu da əhatə edir. Bu prinsip eyni faktiki hallar olan işlərdə inzibati orqanlar tərəfindən müxtəlif şəxslərə münasibətdə müxtəlif qərarların verilməsini istisna edir. İnzibati orqanlar öz səlahiyyətlərini həyata keçirərkən bərabər münasibət və etimadın qorunması prinsiplərini təmin etməli və mövcud inzibati təcrübəyə uyğun hərəkət etməlidirlər”, -məqalədə qeyd olunur.

Belə ki, Ali Məhkəmənin qərarı ilə müəyyən edilmişdir ki, dövlət orqanları eyni faktiki və hüquqi hallara əsaslanan işlərdə eyni qərarlar qəbul etməlidirlər. “Əgər dövlət xidməti bir vətəndaşın müraciətini qəbul edirsə, o zaman oxşar yanaşma eyni vəziyyətdə olan bütün digər şəxslərə də şamil edilir. Məsələn, reyestr xidməti eyni binada yaşayan bir vətəndaşa çıxarış təqdim edirsə, o, başqalarına da eyni xidməti göstərməyi öhdəsinə götürür. Eyni yanaşma dövlət xidmətlərinin digər növlərinə də aiddir: birinə icazə verilirsə və ya kommunal xidmətlər göstərilibsə, digər vətəndaşların müraciətləri də eyni şəraitdə təmin edilməlidir. Belə hallarla bağlı Ali Məhkəmənin qərarını nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, rədd cavabı almış vətəndaşlar məhkəmələrə müraciət etdikdə, sonuncular dövlət xidmətlərinin göstərilməsində vətəndaşların bərabərliyi prinsipinə əsaslanacaqlar.

Hər halda, Ali Məhkəmənin göstərilən mövqeyi dövlət orqanlarından bu məsələlərə birmənalı münasibət bəsləməsini tələb edir. Onlar öz təcrübələrində bütün vətəndaşlara münasibətdə bərabərliyi və ardıcıllığı təmin etməlidirlər. Əgər müxtəlif səbəblərdən qanunsuz olaraq hər hansı dövlət xidməti göstərilibsə, onda inzibati orqanlar ilk növbədə belə qanun pozuntusunu aradan qaldırmalı və buna yol vermiş işçilərin məsuliyyəti məsələsini həll etməlidirlər. Ona görə də dövlət orqanları eyni hallar əsasında sonrakı müraciətlərə baxarkən bərabərlik tələblərini nəzərə almalıdırlar”, - məqalədə bildirilir.
“Haqqin.az”-ın baş redaktoru Eynulla Fətullayev “Feysbuk” hesabında bu barədə yazıb ki, Ali Məhkəmədə qanunçuluq bərqərar olunmaqdadır. “İlk dəfə olaraq Ali Məhkəmə Əmlak məsələləri üzrə Dövlət Xidmətinin əleyhinə, sıravi vətəndaşların xeyrinə qərar çıxarıb. Xülasəsi belədir: əgər hansısa məmura qanunsuz olaraq çıxarış verirsinizsə, sadə vətəndaşa da verilməlidir. Hüquqi bərabərlik pozulmamalıdır. Gözəl başlanğıcdır. Bravo, İnam Kərimov!”, - o qeyd edib.
“AzPolitika.info”

Şərhlər
Bu hekayə kimə gərəkdir? Ay bala,nə qədər it pilləkana bağlanıb uşaq yerini isladacaq.Bu cəfəngiyyat yazılar lazımdırmı?Buradan belə çıxmırmı ki,30 il ölkədə idrəçilik yox.rüşvətçilik,millətə qəsd qərəzlik və özbaşınalıq baş verib.Hakimiyyət isə kənardan seyr edib.Guya bu məhkəmələtdən xəbərsiz bu vəziyyəti düzəldəcək?Nyə milləti avam və ağılsız hesab edursiniz?Bir kənardan özünüzə də baxın,görün Siz kimsiniz və nəsiniz!.
Ali mıəhkəmədə qanunları pozanlar ortaya çıxarlıb cəzalandırıldımı? Onlar kimlərdir?Əgər belələri yox idisə onda bu nə məlumatdır?
Inam Kerimov humanist adam teassurati bagishlayir,Prezidentde xalqa xidmet etmek lazimdir deyir ve qeyd edir ki, her kesin vicdani onun imzasi qederdir! DSMF-da bu vicdan yoxdur! Bashdan-ayaga korrupsiya yuvasidir!
Binəqədi icra h.tinə təqdim etdiyim torpağın cizgisini hələ də təsdiq etmirlər...Səbəb rüşvədir
Anlaşılan deyil.Buradan belə çıxır ki,indiyə kimi keçən 30 ildə qanunçuluq olmayıb?Bəs o boyda hüquq mühafizə DİN.KB.prezident Apratı,Nazirlər Kabineti nə ilə məşğul olublr ki, belə biabırçılıqlar,qanunlara etinasızlıq.özbaşınlıqlar baş verib?Bu biabırçılığın səbəbi ölkə idarəçiliyinin rəzilliyi deyilmi?
şeytan yuvalarından biridir