İsrailin Baş naziri Benjamin Netenyahu İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin komandiri İsmail Qaaninin “İsrailin məhv edilməsi zəruridir” açıqlamasına cavab verib.
“AzPolitika.info” xəbər verir ki, ABŞ Konqresinin hər iki partiyasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşən Netanyahu, İran rejiminin Şimali Koreyadan 50 dəfə daha təhlükəli olduğunu deyib.
O, İrandakı rejimin bir atom bombası ilə kifayətlənməyəcəyini və 5 atom bombası əldə etmək üçün kifayət qədər urana malik olduğunu bildirib.
“İran İsraili kiçik şeytan, ABŞ-ı isə böyük şeytan hesab edən ideoloji qüvvədir. İran ABŞ şəhərlərini nüvə zərbələri ilə hədələsə, tarix dəyişəcək”,- Baş nazir xəbərdarlıq edib.
“AzPolitiaka.info”


Şərhlər