İki gün öncə, rəsmi açıqlamaya görə, sui-qəsd təhdidi ilə üzləşən Rusiya lideri Vladimir Putin hadisədən 48 saat keçməmiş Kremldəki ofisində görüntülənib.
“AzPolitika.info” xəbər verir ki, Putin ötən gün Rusiyanın iqtisadi İnkişaf naziri Maksim Reşetnikovla görüşüb. Görüşə dair paylaşılan kardlarda Putinin üzündə şişlik yarandığı və narahat olduğu görünüb.
Belə ki, Putin Reşatnikovla söhbət zamanı bir anda başını aşağı salıb və sanki müəyyən müddətlik ağrı keçirib.

Putinin bu görüntüləri sosial şəbəkələrdə də geniş müzakirə olunub. Əksər istifadəçilər onun xəstəliyinin irəlilədiyini və rus despotunun sözügedən hücuma görə narahat olduğunu iddia ediblər.
Xatırladaq ki, daha öncə Kreml Ukraynanın PUA-lardan istifadə edərək, Rusiya Prezidenti Vladimir Putinə qarşı sui-qəsdə cəhd etdiyini iddia edib. Kremlin sözçüsü Dmitri Peskov hadisə zamanı Putinin Kremldəki iqamətgahında olmadığını açıqlayıb. Rəsmi Kiyev isə sözügedən hücumun Ukrayna tərəfindən edilmədiyini bəyan edib.
“AzPolitika.info”

Şərhlər