Rusiya Prezidenti Vladimir Putin Tacikistan Prezidenti Emoməli Rahmonu 9 may Qələbə Günü ilə bağlı keçiriləcək tədbirlərdə iştirak etmək üçün Moskvaya səfərə dəvət edib.
“AzPolitika.info” Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Rahmonun mətbuat xidmətinin məlumatında deyilir. Qeyd olunur ki, mayın 5-də Rəhmon Putinlə telefon danışığı aparıb, “prezidentlər Tacikistan-Rusiya strateji tərəfdaşlıq münasibətlərinin inkişafında müsbət dinamikanı qeyd ediblər” və Qələbə Gününün 78-ci ildönümü münasibətilə bir-birlərini təbrik ediblər.
Rəhmonun Putinin dəvətini qəbul edib-etmədiyi, onun Moskvaya dəqiq nə vaxt səfər edəcəyi barədə məlumat verilmir. “İzvestiya” qəzeti isə Tacikistan Prezidentinin mətbuat xidmətinə istinadən yazır ki, Rahmonun Moskvaya səfəri ilə bağlı qərar hələlik qəbul edilməyib.
Bundan əvvəl Qırğızıstan Prezidenti Sadır Japarovun mayın 9-da Moskvada keçiriləcək paradda iştirak edəcəyi barədə məlumat yayılmışdı. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Böyük Vətən Müharibəsində qələbənin ildönümü yubiley olmadığı üçün parada başqa xarici liderlər dəvət olunmayıb. Putinin Rəhmonu niyə dəvət etmək qərarına gəlib, hələ də aydın deyil. Kreml hələlik bu barədə barədə məlumat verməyib.
Mayın 3-nə keçən gecə Vladimir Putinin Kremldəki iqamətgahı iki pilotsuz təyyarə ilə hücuma məruz qalıb. Rusiya hakimiyyəti hücumun təşkilində Ukraynanı ittiham edərək, bunu Prezidentə sui-qəsd adlandırıb. Kiyev dron hücumunda iştirakını inkar edir.
Hücumdan sonra Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib. Peskov deyib ki, mayın 9-da keçiriləcək parad plana uyğun keçəcək, Putin Qırmızı Meydanda podiumda olacaq.
Rahmon 2021-ci il mayın 9-da Moskvada keçirilən paradda iştirak edən yeganə xarici lider olub. 2022-ci ildə Rusiyanın Ukraynaya geniş miqyaslı işğalı başlayandan sonra paradda bir nəfər də olsun xarici lider yox idi.
“AzPolitika.info”


Şərhlər