İranın Mazandaran vilayətində Xəzər dənizi sahilində ayətullah Fazil Əstərabadinin oğlu İbrahim Fazilin meyiti tapılıb.
APA xəbər verir ki, Höccətül-İslam İbrahim Fazilin 3 gündür ki, itkin düşdüyü bildirilir.
Mazandaran vilayətinin valisinin siyasi və təhlükəsizlik üzrə müavini Ruhullah Səlaqi ruhaninin üzməyi bacarmadığı üçün boğularaq öldüyünü bildirib.
Bəzi mənbələrdə isə ruhaninin öldürüldüyü bildirilir.
Qeyd edək ki, son vaxtlar ölkədəki problemlərin fonunda mollalara hücumlar artıb.
İranın Ədliyyə və Məhkəmə Qüvvələrinin rəhbəri Qolamhüeyn Mohseni Ejei mollalara qarşı hücumların artmasına qarşı tez və sərt tədbirlər görməyə çağırıb.
Bir neçə iranlı siyasətçi və jurnalist isə hökumətin etirazçılara qarşı zorakı rəftarının xalqın da adekvat reaksiyasına səbəb olacağı ilə bağlı xəbərdarlıq etmişdi.


Şərhlər
molla suyu korladı...
Меняется ли мир--изменился ли человек за 50000 тысячи лет---50000 тысячи лет тому назад -Люди повсеместно едят людей--35000 лет назад едят только врагов --10000 лет назад появляется религии распрастраняется рабство--что изменился исламском мире ???--только убиват-животных --людей