Menu

“Sülhməramlılar Qarabağdan getsə...” - “Ermənistan Qarabağdan əlini üzüb, Rusiya isə...”

06.05.2023, 11:39
“Sülhməramlılar Qarabağdan getsə...” - “Ermənistan Qarabağdan əlini üzüb, Rusiya isə...”

“Ermənistan “artsax”dan əlini üzüb, ancaq öz maraqlarından çıxış edən Rusiya bununla razı deyil. Çünki sülhməramlılar Qarabağdan getsə, Rusiya Cənubi Qafqazı tamamilə itirəcək”.

“AzPolitika.info” xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan Ermənistan mətbuatına açıqlamasında deyib.

Danielyan hesab edir ki, Rusiya hər nə qədər Cənubi Qafqazda qalmağa səy göstərsə də, hazırkı durumda onun bu regionda öz maraqlarını təmin etmək imkanları və gücü yoxdur. 

Politoloqun fikrincə, Rusiyanın bizim regionda mövqelərinin zəifləməsi həm Ukraynadakı müharibə, həm də Bakı ilə Ankara arasındakı münasibətlərin çox yaxın olmasından qaynaqlanır: “Yaxın zamanlarda Rusiyanın regionda öz maraqlarını təmin etmək üçün kəskin addımlar atacağını gözləmirəm. Bununla əlaqədar olaraq, Türkiyə və Azərbaycanın qarşısında imkanlar pəncərəsi açılır. O da nəzərə alınmalıdır ki, Ermənistanda sonsuz güzəştlərə hazır olan bir hakimiyyət var”.

Erməni politoloqun fikrincə, ermənilər üçün əsas daxili məsələ siyasi hakimiyyəti dəyişməkdir.

Göründüyü kimi, artıq Ermənistanda real vəziyyəti daha ayıq başla dəyərləndirməyə başlayıblar. Ancaq bununla yanaşı, revanşist çağırışlar və Azərbaycanla Türkiyəyə qarşı nifrət ritorikası bu xalqda sağalmaz düşmənçilik xəstəliyinin əlamətlərinin qalmasından xəbər verir...

“AzPolitika.info”

Şərhlər

N.Seyfeli. 2023-05-07 13:55:51

Yeni, dunya rusiyanin defnine hazirlashir, Turkiye veAzerbaycana qarshi dushmencilik xesteliyinizden el cekin ay bedbextler!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol