Məlum olduğu kimi, ötən gün “Vaqner” başçısı Yevgeni Priqojin öz qruplaşmasını Baxmutdan çıxarmaq barədə qərar verdiyini bəyan edib. Onun dediyinə görə, “Vaqner” lazımi silah-sursatla təmin edilməməsi səbəbindən böyük itkilər verdiyi üçün mayın 10-a kimi Baxmutu tərk edəcək.
“AzPolitika.info” xəbər verir ki, Y.Priqojin bügünkü müraciətində “Vaqner”-in Baxmutdakı mövqelərini Çeçenistan başçısı Ramzan Kadırovun dəstələrinin tutacağını bəyan edib: “Ramzan Axmatoviçə təşəkkür edirəm ki, o, görünür, lazım olan resursları ala biləcəyi üçün bizim Baxmutdakı mövqelərimizi tutmağa razılıq verib. Mən artıq onun nümayəndələri ilə əlaqə yaratmışam ki, mayın 10-u saat 0.00-a qədər bizim mövqelərimizi tutaraq, Baxmutda hücumu davam etdirsinlər”.
Priqojinin bu bəyanatını Rusiyanın RİA Novosti agentliyi də yayımlayıb.
“AzPolitika.info”


Şərhlər