Menu

Siyavuş Aslanın oğlu Yasamal qəbiristanlığında dəfn edilib - FOTO

06.05.2023, 16:25
Siyavuş Aslanın oğlu Yasamal qəbiristanlığında dəfn edilib - FOTO

Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov Yasamal qəbiristanlığında dəfn olunub.

"AzPolitika.info" xəbər verir ki, bu barədə Akademik Milli Dram Teatrından məlumat verilib.

Məlumatda bildirilir ki, vida və dəfn mərasimində Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov, nazirliyin teatr sektorunun müdiri Vəfa Novruzova, Akademik Milli Dram Teatrının direktorunun əmək funksiyalarını icra edən İlham Əsgərov, Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur və teatrın digər əməkdaşları iştirak edib.

Qeyd edək ki, Ç.Aslanov bir neçə gün əvvəl vəfat edib. Onun nəşi təhvil alan olmadığından Sabunçu xəstəxanasının morqunda saxlanılıb. Məsələ ictimailəşndən sonra əlaqədar dövlət orqanları dəfni təşkil ediblər. 

Allah rəhmət eləsin.




Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol