Menu

“Qərb siyasətçiləri bizi Krıma girməməyə çağırırlar” – Zelenskinin Krım üzrə nümayəndəsi

06.05.2023, 16:34
“Qərb siyasətçiləri bizi Krıma girməməyə çağırırlar” – Zelenskinin Krım üzrə nümayəndəsi

“Onlar bildirirlər ki, Krımı doğrudan da qaytarmaq mümkündür. Lakin bunun potensial nəticələri həm yarımada əhalisi, həm də bütünlükdə Ukrayna üçün nəhəng olacaq. Onlar hesab edirlər ki, biz ümumiyyətlə, Krımı qaytarmaq cəhdlərindən imtina etməliyik”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin Krım üzrə nümayəndəsi Tamila Taşeva Polşa mətbuatına müsahibəsində deyib. Taşeva bildirib ki, Qərbdəki bir çox siyasətçilər Krımı azad etmək cəhdinin Rusiyanın nüvə silahına əl atması ilə nəticələnəcəyindən narahatdırlar. Ona görə də rəsmi Kiyevi Krıma girməkdən çəkinməyə çağırırlar.

Ancaq Taşeva hesab edir ki, bu narahatlıq Krımdan imtinaya əsas vermir və böyük ehtimalla Rusiya buna görə nüvə silahından istifadə etməyəcək: “Mən düşünmürəm ki, Rusiya taktiki nüvə silahından istifadə edəcək. Çünki bu, Putin üçün geri dönüşü olmayan nöqtə və onun işğal olunmuş ərazilərdə qurduğu cinayətkar sistemin sonu olacaq. Biz yarım il əvvəl Xersonu azad etdik, heç nə olmadı. Baxmayaraq ki, Moskva üçün bu, “Rusiyanın ərazi bütövlüyünün pozulması” idi. Putinin nüvə doktrinasına görə, onlar dərhal taktiki nüvə silahı tətbiq etməli idilər”.

Zelenskinin Krım üzrə nümayəndəsi Ukraynaya Krımla bağlı təzyiq edən Qərb siyasətçilərinin adını çəkməyib və qeyd edib ki, bunlar hansısa dövlətlər yox, ayrı-ayrı siyasətçilərdir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol