Menu

İran səfiri təmas xəttindəki vəziyyətdən narazıdır

19.11.2014, 18:46
İran səfiri təmas xəttindəki vəziyyətdən narazıdır

İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi regiondakı vəziyyətdən narazıdır. Musavat.com-un erməni informasiya qaynağına istinadən verdiyi məlumata görə, bu barədə diplomat Qarabağ zonasındakı durumu, o sırada 12 noyabr vertolyot insidentini jurnalistlərə şərh edərkən deyib.

Bu zaman səfir ümid etdiyini bildirib ki, Azərbaycan və Ermənistan Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqları davam etdirəcəklər. “Ümid edirəm ki, konflikti danışıqlar yolu ilə yoluna qoymaq mümkün olacaq”. Diplomat həmçinin situasiyanın “kənardan güc tətbiq olunmadan” nizamlanacağına inandığını da söyləyib.

Qeyd edək ki, hadisədən bir həftə ötməsinə baxmayaraq işğalçı tərəf pilotların cəsədlərini götürə bilməyib. Bu da erməni helikopterin təmas xəttini pozduğunu bir daha sübut edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol