Menu

Erməni deputat xalqı inqilaba çağırıb

07.05.2023, 00:47
Erməni deputat xalqı inqilaba çağırıb

Ermənistan parlamentinin deputatı Andranik Tevanyan xalqı inqilaba çağırıb. Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

“Biz ikinci erməni inqilabını həyata keçirməliyik. Ölkədə klassik mənada inqilab cəmi bir dəfə baş verdi”, - “Ermənistan” fraksiyasından olan deputat deyib.

Tevanyanın fikrincə, seçkiqabağı rüşvətxorluq, talançılıq, bizneslə siyasətin birləşməsi xalqın dövlətdən uzaqlaşmasına səbəb olub.

O, 2018-ci ildə küçələrə çıxanların haqlı olub-olmadığını da toxunub. Deputatın fikrincə, xalq yalnız o adamları seçməkdə səhv edib ki, həmin şəxslər indi Ermənistanı məhvə aparır.

“Ona görə də bu hüquqdan istifadə etmək üçün ikinci əsl erməni inqilabını həyata keçirməlivə əsl ədaləti təmin etməliyik”, - o, fikirlərini yekunlaşdırıb.

Şərhlər

Azərbaycanlı 2023-05-07 09:17:08

ревалюция ведет к нищете--нищета ведет к ревалюцию--пуст все это будет вашим-но карабах мы не оддадим--вы армяни научилис как выжит--но не как не научилис как надо жить---идиоты

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol