ABŞ-ın vitse-prezidenti Arseni Yatsenyuk və Pyotr Poroşenko ilə görüşəcək
ABŞ-ın vitse-prezidenti Co Bayden sabah Ukraynaya səfər edəcək. ANS PRESS-in məlumatına görə, 2 günlük səfər çərçivəsində Co Bayden Ukrayna baş naziri Arseni Yatsenyuk və prezident Pyotr Poroşenko ilə görüşəcək.
Bu barədə ABŞ-ın Ukraynadakı səfiri Cefrey Pyatt məlumat verib.
Qeyd edək ki, ABŞ-ın vitse prezidenti Co Bayden Mərakeşdən Kiyevə gedəcək. Ukrayna səfərindən dərhal sonra ABŞ rəsmisi İstanbula səfər edəcək.


Şərhlər