Menu

Türkiyə “Nemezis” abidəsinin sökülməsi üçün rəsmi İrəvana xəbədarlıq edib

08.05.2023, 15:03
Türkiyə “Nemezis” abidəsinin sökülməsi üçün rəsmi İrəvana xəbədarlıq edib

“Türkiyə Ermənistanla normallaşma prosesində güzəştlər edib”. 

APA-nın verdiyi xəbərə görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, Ankara bu addımları Azərbaycan-Ermənistan normallaşma prosesinə töhfə vermək üçün edib: “Amma onlar səmimi olmadıqlarını bir daha göstərdilər… Bizim Osmanlı paşalarımızı və azərbaycanlı qardaşlarımızı öldürən şəxslərə heykəlin (“Nemezis” - red.) ucaldılmasını qəbul edə bilmərik”.

Nazir əlavə edib ki, Türkiyə tərəfi heykəlin sökülməsi ilə bağlı rəsmi İrəvana xəbərdarlıq edib və bu məsələyə dair Ermənistana qarşı yeni addımlar atacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol