Menu

“Vaqner" Baxmutu tərk etməyəcək” – Priqojin qərarını dəyişdi

08.05.2023, 15:09
“Vaqner" Baxmutu tərk etməyəcək” – Priqojin qərarını dəyişdi

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Baxmutda döyüşməyə davam edəcəklərini açıqlayıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Priqojin özünün “Telegram” kanalından paylaşım edib.

Y. Priqojin bildirib ki, Rusiya Müdafiə Nazirliyi hərbi əməliyyatları davam etdirmək üçün “Vaqner”i lazımı silah- sursatla təmin edəcəyinə dair söz verib.

Priqojinin sözlərinə görə, o, “Vaqner”in Baxmutda istədiyi kimi hərəkət edə biləcəyi barədə təminat alıb.

Rusiya Müdafiə Nazirliyi ilə “Vanqer” arasında qarşılıqlı əlaqəni ordu generalı Sergey Surovikin idarə edəcəyi deyilir.

Xatırladaq ki, mayın 5-də Priqojin silah-sursat çatışmazlığı səbəbindən Rusiya Baş Qərargahının komandanı Valeri Gerasimova və Rusiyanın müdafiə naziri Sergey Şoyquya etiraz edib.

O, mayın 10-da qoşunlarını Baxmutdan çıxaracağını bildirmişdi.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol