Məlum olduğu kimi, Ermənistan Baş naziri Nikol Paşinyan Vladimir Putinin dəvətilə mayın 8-də Moskvaya səfərə gedib.
“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, Paşinyan mayın 9-da Moskvada keçiriləcək “Qələbə paradı”nda iştirak edəcək.
Xəbərdə qeyd olunur ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də paradda iştirak etməyə razılıq verib. O da 8-9 may tarixlərində Moskvaya işgüzar səfərə gedəcək.
Ümumiyyətlə, rəsmi Moskvanın bütün MDB dövlət başçılarına dəvət göndərdiyi bildirilir. Lakin indiyə qədər yuxarıda adı qeyd olunanlardan başqa, yalnız Tacikistan başçısının parada qatılacağı bildirilirdi.
“AzPolitika.info”


Şərhlər