Menu

"Məhkəmə-hüquq islahatları öz töhfəsini verir" - İnam Kərimov

08.05.2023, 19:23
"Məhkəmə-hüquq islahatları öz töhfəsini verir" - İnam Kərimov

"Məhkəmə hakimiyyətində islahatlar dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu uğurlu islahat siyasəti bu gün də məhkəmə hakimiyyətinə öz töhfəsini verir".

“Report” xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov “Azərbaycanın məhkəmə sistemi: müasir çağırışlar” mövzusunda tədbirdə çıxış edərkən deyib.

O bildirib ki, "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı ölkəmizin məhkəmə sistemində yeni mərhələnin başlanması kimi qəbul edilən ciddi islahatların əsasını qoyub.

"Sözügedən Fərmanın icrası istiqamətində görülən işlər nəticəsində qanunvericiliyə çoxsaylı dəyişikliklər edildi. Bu dəyişikliklərlə Ali Məhkəmənin praktikasında olmuş boşluqlar aradan qaldırıldı. Ali Məhkəmənin qərarları ilə hüquqi müəyyənliyə mane olan məhkəmə praktikası dəyişdirildi. Ali Məhkəmənin vahid məhkəmə təcrübəsinin formalaşdırılması mexanizmləri təsbit edildi. Məhkəmələrdə süründürməçiliyə səbəb ola biləcək halların qarşısının alınması üçün yeni metodlar tətbiq olundu, məhkəmə icraatı təkmilləşdirildi. Məhkəmə sistemində yüksək peşə bacarıqlarına malik insan kapitalı formalaşdırmaq, hakimlərin və məhkəmə işçilərinin sosial təminatını gücləndirmək istiqamətində bu gün də mühüm işlər həyata keçirilməkdədir", - Ali Məhkəmənin sədri vurğulayıb.

Şərhlər

İ.Mustafaoğlu 2023-05-08 23:44:23

İnam müəllimin Ali Məhkəməyə Sədr təyin olunması, gənc, savadlı kadrların Hakim təyin olunmasına öz töhvəsini verəcəkdir ! Uğurlar !!!

İ.Mustafaoğlu 2023-05-08 22:55:10

Məhkəmə - hüquq sisteminin təkmilləşdirilməsində uğurlar arzulayıram.! 2016 və 2020 -ci illərdə Həkimliyin Test imtahanından yüksək bal toplayan namizədlərin kənarda qalmalarına hüquqi qiymət verilməsini aidiyatı üzrə qaldırılmasına köməklik göstərməyinizi x.e.

vəkil 2023-05-08 22:53:39

Butada islahat nəticə verməz.Yalnız sistem yenidən qurulmalıdır.Korrupsiya və rüşvətə adət edilmiş qurum və kollekriv yeni çirklənməmiş ,təmiz insanlarla qurulmalıdır.

H.Həmid 2023-05-08 19:37:16

Obyektiv yanaşmadır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol