Menu

Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar bulvarda konsert və atəşfəşanlıq olacaq

09.05.2023, 10:50
Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar bulvarda konsert və atəşfəşanlıq olacaq

Sabah - mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Bakı bulvarında (Dənizkənarı Milli Parkda) konsert proqramı təşkil olunacaq.

"Report" xəbər verir ki, hazırda konsertlə əlaqədar “Saat qülləsi” yaxınlığında səhnə quraşdırılır.

Konsert proqramına saat 20.00-da başlanacaq. Tədbirin sonunda isə atəşfəşanlıq olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol