Menu

Rusiyanın Ukraynaya atdığı 25 raketdən 23-ü zərərsizləşdirilib

09.05.2023, 11:44
Rusiyanın Ukraynaya atdığı 25 raketdən 23-ü zərərsizləşdirilib

Rusiyanın ötən gecə Ukraynaya atdığı 25 qanadlı raketdən 23-ü zərərsizləşdirilib.

APA CNN-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Aviasiya Qüvvələrinin bəyanatında bildirilib.

Qeyd olunub ki, 9 may gecəsi Ukrayna ərazisi Rusiya tərəfindən ümumilikdə iki dalğa raket atəşinə məruz qalıb. Əlavə olunub ki, dənizdən və havadan atılmış 25 ədəd Kalibr və X-101/X-555 qanadlı raketlərindən 23 məhv edilib.

Qeyd edək ki, Ukrayna hərbi qüvvələri həftənin əvvəlində bəyan edib ki, Rusiya gözlənilən əks-hücm öncəsi Ukraynanın hava hücumundan müdafiə imkanlarının aşındırılmasına çalışır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol