Mayın 10-da İrəvan şəhərinin Ümumi Yurisdiksiya Məhkəməsi hakim Tatevik Qriqoryanın sədrliyi ilə general Yuri Xaçaturovun oğlu general İqor Xaçaturovun barəsində bəraət hökmü çıxarıb.
Xaçaturov və onun rəhbərlik etdiyi etirazçılar 2022-ci il mayın 17-də Kiyevyan küçəsini bağlayıb, vətəndaşların sərbəst hərəkətinə mane olublar. Bundan sonra ona qarşı ittiham irəli sürülüb və barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. İyulun 11-də İqor Xaçaturov zaminə buraxılıb.
"AzPolitika.info"


Şərhlər