Menu

İranda daha 7 nəfər edam edilib

10.05.2023, 12:27
İranda daha 7 nəfər edam edilib

İranda zorlama və narkotiklə əlaqəli cinayətlərə görə 7 nəfər edam edilib.

“AzPolitika.info” xəbər verir ki, Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, Kərəc şəhərindəki Recai Şəhr həbsxanasında zorlama ittihamı ilə edama məhkum edilən 4 məhbusun hökmü icra edilib.

Narkotik cinayətlərinə görə mühakimə olunan və ölüm cəzasına məhkum edilən 3 nəfərin cəzasının icrası isə Kərəc Gözəl Hisar həbsxanasında həyata keçirilib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk dünən verdiyi açıqlamada İranda ilin əvvəlindən bu yana ən azı 209 nəfərin edam edildiyini və bu rəqəmin “narahatedici” olduğunu bildirib. Türk İran hakimiyyətini ölüm hökmünü ləğv etməyə və ya bütün edamları dayandırmağa çağırıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol