Fransa parlamenti Avropa İttifaqını “Vaqner” hərbi birləşməsini terror təşkilatı kimi tanımağa çağırıb.
“AzPolitika.info” xəbər verir ki, mayın 9-da keçirilən iclasda Fransa parlamenti yekdilliklə Fransa və Avropa İttifaqını “Vaqner”i terror təşkilatları siyahısına daxil etməyə çağıran qətnaməni qəbul edib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin de-fakto özəl ordusu kimi görünən “Vaqner” Suriya, Liviya, Mərkəzi Afrika Respublikası və Malidə, xüsusən də Ukraynada gedən müharibələrdə iştirak edib.
“AzPolitika.info”


Şərhlər