ABŞ Müdafiə Nazirliyi Rusiyaya məxsus hipersəsli Kinjal raketinin Ukraynada vurulduğunu təsdiqləyib.
"AzPolitika.info" xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib. O qeyd edib ki, Ukrayna hərbçiləri bunu Amerikanın “Patriot” hava hücumundan müdafiə sisteminin köməyi ilə edib.

Mayın 6-da səhər saatlarında Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı general Nikolay Oleşçuk “Kinjal” raketinin məhv edildiyini açıqlamışdı. Onun sözlərinə görə, bu, mayın 4-də gecə hücumu zamanı baş verib. Raket Rusiyadan MiQ-31K təyyarəsi tərəfindən atılıb. O, Kiyev bölgəsi üzərində səmada "Patriot" hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.
“Defence Express” nəşri daha əvvəl “Kinjal”a bənzəyən raket fraqmentlərinin aşkarlanması barədə məlumat vermiş və mayın 4-nə keçən gecə Kiyev səmasında baş verən partlayışın məhz bu raketin məhv edilməsi ilə əlaqəli olduğunu irəli sürmüşdü. Rusiya silahlı qüvvələri raketin vurulması ilə bağlı xəbərləri və Pentaqonun məlumatlarını şərh etməyib.
2022-ci ilin avqustunda Rusiyanın müdafiə naziri Sergey Şoyqu "Kinjal"ın aşkarlana və ya tutula bilməyəcəyini iddia etmişdi.
"AzPolitika.info"

Şərhlər