Bu gün Rusiya Prezidenti Vladimir Putin Gürcüstanla viza rejiminin ləğvi barədə göstəriş verib. Bu qərar mayın 15-dən qüvvəyə minəcək. Eyni zamanda, Gürcüstanla birbaşa aviasiya əlaqəsi də bərpa olunacaq.
Putinin bu qərarına Gürcüstan Prezidenti Salome Zurabişvili kəskin reaksiya verib. O, Kremlin qərarını təxribat adlandırıb: “Bu, növbəti Rusiya təxribatıdır. Rusiya Ukraynaya qarşı işğalı və bizim ərazilərin işğalını davam etdirdikcə, Gürcüstanla birbaşa uçuşların bərpası və viza rejiminin ləğvi yolverilməzdir”.
”AzPolitika.info”


Şərhlər