Blinkenin Ermənistan-Azərbaycan danışıqlarında əhəmiyyətli irəliləyişlə bağlı bəyanatları İrəvan və Bakının mövqeləri ilə ziddiyyət təşkil edir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ənənəvi brifinq zamanı News.ru saytının jurnalisti Sona Rüstəmovanın mövzu ilə bağlı sualını cavablandırarkən deyib.
Diplomat bildirib ki, Ermənistan və Azərbaycan rəsmiləri əsas məsələlərdə fikir ayrılıqlarının qaldığını qeyd edirlər.
“Moskva da öz növbəsində bu işi davam etdirəcək və iki ölkənin xarici işlər nazirləri arasında danışıqlar üçün platforma təklif edib. Rusiyanın məqsədi regionda sülhü təmin etməkdir və bunun yeganə yolu üçtərəfli razılaşmaların həyata keçirilməsidir”, - Zaxarova qeyd edib.


Şərhlər
Bu Zeherova hamını əle salır .. Əslində Rusiya həmişə sülhü pozur am, rusa ləzzət eləmir Azərbaycan və Ermənistan özləri arasında birbaşa danışıqlar aparsin ..Həmişə hansısa xırda bir detlada razılaşma olan kimi Rusiya ya Qarabağda ya da sərhəddə təxribatlar törətməyə başlayır ..Rus hara sülh hara ..Xanım Maşa Zeherova gedin Ukrayna müharibəsi ilə bağlı press list hazırlayın ...