“İndi bir çox ölkələr vəziyyəti gərginləşdirirlər ki, Ukraynanı işğalçının şərtləri daxilində Rusiya ilə danışıqlar masasına oturtsunlar”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik Şurasının sədri Aleksey Danilov ölkə mətbuatına açıqlamasında deyib.
Danilov qeyd edib ki, hazırda Ukraynanı ərazilərinin itirilməsilə barışaraq, Rusiya ilə sülhə getməyə çağıran geniş kampaniya başlanıb: “Bununla bağlı bir çox ölkələr tərəfindən çoxlu təkliflər səsləndirilir. Ancaq nəzərə alın ki, biz kiminləsə danışası olsaq və Prezident belə bir qərar versə, o zaman yalnız Ukraynanın şərtləri daxilində danışacağıq”.
Qeyd edək ki, bundan öncə İtaliyanın Müdafiə naziri Qvido Krozetto Ukrayna ilə Rusiyanın danışıqlar masası arxasında oturmasının vacibliyi barədə danışıb. Ondan əvvəl isə Fransa Prezidenti Emmanuel Makron Çini Rusiya ilə Ukrayna arasında vasitəçiliyə cəlb etmək istəyib. O, deyib ki, tərəflər arasında artıq bu ilin yayında danışıqlar təşkil etmək olar.
Braziliya Prezidenti Luis da Silva isə ümumiyyətlə, Ukraynanı Krımdan imtina etməyə və Rusiya ilə danışıqlara başlamağa çağırıb.
Buna cavab olaraq, Ukrayna XİN Braziliya Prezidentini Ukraynaya dəvət edərək, ona hər şeyi öz gözləri ilə görməyi təklif edib.
“AzPolitika.info”


Şərhlər