Menu

Seçkilədə Məhərrəm İncəyə səs verən vətəndaşların səsləri etibarlı sayılacaq

11.05.2023, 18:06
Seçkilədə Məhərrəm İncəyə səs verən vətəndaşların səsləri etibarlı sayılacaq

“Məmləkət” partiyasının sədri Məhərrəm İncənin prezident seçkilərində öz namizədliyini geri çəkməsinə baxmayaraq, vətəndaşların ona verəcək səsləri etibarlı sayılacaq.

APA-nın İstanbul müxbirinin “TRT Haber”ə istinadən verdiyi xəbərə görə, bu prosedur qanunla tənzimlənib və İncənin namizədliyinin geri çəkilməməsinə dair qərarının heç bir hüquqi əsası yoxdur.

Belə ki, “Prezident seçkiləri haqqında” qanunun 12-ci maddəsində səsvermə günü saat 17:00-a qədər yekun namizəd siyahısının Rəsmi Gazetedə dərc olunduğu tarixdən etibarən səsvermədə baş verə biləcək bu cür hadisələr səbəbi ilə seçki prosesində dəyişikliklərin edilməsi nəzərdə tutulmur.

Şərhlər

dadaşyev 2023-05-11 20:50:42

Ərdoğandan sonra Türkiyəyə lazım olacaq adam budur və gələcəkdə Türkiyə prezidenti olacaq.Biz bununla isti münasibətləri indidən qurmalıyıq,çünki çox zəki adamdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol