Cümə axşamı Qəzza zolağından atılan raketin İsrailin mərkəzindəki Rehovot şəhərindəki yaşayış binasına düşməsi nəticəsində bir nəfər ölüb, ən azı yeddi nəfər yaralanıb.
Zərbədən əvvəl Rehovot və qonşu Ramla şəhərində hava hücumundan xəbərdarlıq sistemi işə düşüb.
Təl-Əvivdən 56 km cənubda yerləşən böyük dənizkənarı şəhər Aşkelonda da həyəcan təbili çalınıb.
İsrailin Baş naziri Benyamin Netanyahu axşam saatlarında hərbi kəşfiyyat zabitləri ilə əməliyyat müşavirəsi çağırıb.
Baş nazirin ofisindən verilən məlumata görə, iclasda İsrailin cavab tədbirləri müzakirə olunub.


Şərhlər
Heç şübhəsiz yaxın günlərdə İsrail İran Tiryək Respublikasının dəməyini dağıdacaq.