Menu

ABŞ və Rusiya arasında gizli məhbus mübadiləsi – Ən müxtəlif variantlar var, amma...

12.05.2023, 15:38
ABŞ və Rusiya arasında gizli məhbus mübadiləsi – Ən müxtəlif variantlar var, amma...

ABŞ prezident administrasiyası Rusiyada həbs edilən amerikalılar - Pol Uilan və Evan Qerşkoviçlə dəyişdirilməsi üçün rus casuslarının saxlandığı müxtəlif ölkələrlə danışıqlar aparır. Ağ Ev, həmçinin sanksiyaların bir qədər yumşaldılmasına qədər digər variantları da araşdırır.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ administrasiyasındakı mənbələrə istinadən CNN telekanalı məlumat yayıb.

ABŞ hakimiyyətinin danışıqlar apardığı ölkələr arasında Braziliya, Almaniya, Norveç, eləcə də keçmiş Sovet blokuna daxil olan dövlətlər var.

CNN mübadilə üçün “dəyərli” ruslara misal olaraq çeçen əsilli Gürcüstan vətəndaşı Zelimxan Xanqoşvilinin siyasi qətli ilə bağlı Almaniyada ömürlük həbs cəzası çəkən FSB-nin keçmiş polkovniki Vadim Krasikovu göstərir. Telekanalın məlumatına görə, Rusiyanı ən çox maraqlandıran Krasikovdur. Keçən il Moskva özü onu Rusiya həbsxanasında olan amerikalı Pol Uilanla dəyişməyi təklif etsə də, Berlindən rədd cavabı alıb.

Pol Uilan 2018-ci ilin sonunda Moskvada saxlanılıb. 2020-ci ilin iyununda Moskva Şəhər Məhkəməsi onu 16 il müddətinə ciddi rejimli koloniyada cəza çəkməsinə qərar verib. Uilan özünü təqsirli bilməyib. O, cinayət təqibini təxribat və “absurd siyasi adam oğurluğu” adlandırıb.

Keçən il Ağ Ev Rusiyaya rusiyalı Viktor Butu basketbolçu Britni Qriner və Pol Uilanla dəyişməyi təklif etsə də, Moskva sonuncunu transfer etməkdən imtina edib.

HəmçininRusiyadaAmerikanın “TheWallStreetJournal” qəzetininəməkdaşı EvanQerşkoviç casusluqittihamı ilə həbsedilib. Martın 29-da FSB onu Yekaterinburqda saxlayıb. Vaşinqton Gerşkoviçin haqsız olaraq həbs edildiyini bəyan edib. Gerşkoviç ittihamları rədd edir.

CNN-in məlumatına görə, Bayden administrasiyası onların hər ikisini bir an öncədəyişdirmək istəyir. Bu arada ABŞ Ədliyyə Nazirliyi məhbusların mübadiləsinə qarşıdır. Nazirliyin bir sıra rəsmiləri hesab edirlər ki, mübadilə Amerika vətəndaşlarının həbsini stimullaşdırır.

Digər mümkün mexanizm amerikalıların girov götürülməsində iştirakda ittiham olunan bir sıra rusiyalı səlahiyyətlilərə, xüsusi ilə FSB əməkdaşlarına qarşı sanksiyaların aradan qaldırılmasıdır. Bununla belə, ABŞ rəsmiləri məhdudiyyətlərin yumşaldılmasının mübadilənin baş tutmasına kifayət etməyəcəyinə inanırlar.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol