“Meral xanımı masadan ayrıldığı zaman 3 gün sonra geri döndərən də, Məhərrəm İncəni seçkiyə üç gün qalmış namizədliyi geri götürməyə məcbur edən də eyni gücdür”
Prezident Rəcəb Tayyib Ərdoğan “Millət İttifaqı”nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun Rusiyanın seçkilərə müdaxilə etməsi barədə iddialarına reaksiya verib.
Xatırladaq ki, “Məmləkət” partiyasının sədri Məhərrəm İncə FETO tərəfindən montaj olunmuş intim kaseti ilə şantaj edildiyini, onu Kılıçdaroğlunun xeyrinə namizədliyini geri götürməyə məcbur etdiklərini bəyan etmişdi. Dünən bu təzyiqlərə dözməyərək prezidentliyə namizədliyini geri götürdüyünü açıqladı.
Bununla da İncə FETO-nun onu da şantaj edərək “7-li masaya” oturtmaq planını boşa çıxardı. Meral Akşeneri şantajla masaya qaytaran FETO bu dəfə istəyinə nail olmadığından Türkiyədə ciddi rezonans doğuran məsələnin üzərini qapatmağa çalışır.
Siyasi ekspertlər Kılıçdaroğlunun İncənin bəyanatından sonra Rusiyanı seçkilərə müdaxilədə ittiham etməsini də bununla bağlayır. İncənin kasetini Rusiyanın yaydığı fikrini formalaşdırmağa çalışır.
Maraqlıdır ki, Məhərrəm İncə onu FETO-nun şantaj etdiyini, CHP rəhbərliyinin də bu montaj şəkil və kasetləri yayımladığını bəyan etdiyi halda Kılıçdaroğlu israrla bunu Rusiyanın üzərinə atmağa çalışır.
“Seçkilərdən əvvəl internetdə paylaşılan saxta məzmuna görə Rusiyanın məsuliyyət daşıdığına dair sübutlarım var, olmasaydı, tvit yazmazdım” deyə iddia edib. Ancaq ortaya heç bir sübut qoya bilməyib" -deyə, yenidən bildirib.
Türkiyə mediasında bu, onun diqqəti FETO-nun şantajlarından yayındırmağa çalışması kimi izah olunur. Bunun səbəbi kimi isə Kılıçdaroğlununi 10 ilə əvvəl - 10 may 2013-cü ildə CHP sədrliyini də məhz FETO-nun o vaxt partiyanın rəhbəri olan Baykalı kasetlə istefaya məcbur etməsi nəticəsində ələ keçirməsi göstərilir.

Qeyd edək ki, Rusiya Kılıçdaroğlunun iddialarını təkzib edib, bunun yalan olduğunu bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə İstanbulda Sultançiftliyi Mərkəz Məscidi qarşısında keçirilən mitinqdə Kılıçdaroğlunun iddaları ilə bağlı bunları deyib: “Bay-bay Kamal indi də Rusiyaya sataşmağa başladı. Guya, Türkiyədəki seçkilərə Rusiya imüdaxilə edir. Utan, utan!... Mən də desəm ki, Türkiyədəki seçkilərə ABŞ, Almaniya, Fransa, İngiltərə müdaxilə edir, nə deyəcəksən? Bunları sən mənim qədər tanımazsan. Hamının ruhunu sözün əsl mənasında oxudum...Bunda çoxlu yalanlar var...
Təəssüf ki, 10 may 2010-cu ildən 10 may 2023-cü ilə qədər CHP-də heç nə dəyişmədiyi görünür. Biz siyasətin bu qədər çirkinləşdirmək cəhdlərini qəbul edə bilmərik. Bəzi siyasi partiyalarda əvvəllər də bu üsulla rəhbərlik ələ keçirilib. Görünür, indi də eyni üsulla dövlət idarəçiliyini ələ keçirmək istəyirlər.
Buradan açığı deyirəm ki, Meral xanımı masadan ayrıldığı zaman 3 gün sonra geri döndərən də, Məhərrəm İncəni seçkiyə üç gün qalmış namizədliyini geri götürməyə məcbur edən də eyni gücdür.

Qərb mediasını masanın press-relizinə çevirən də, ölkəmizin milli maraqlarını da sosial media kanallarının iştahına çevirən də elə həmin gücdür. Bu gücün Kamal Kılıçdaroğlu olduğunu düşünməyin. Bu adam sadəcə olaraq ona verilən hər bir qurumu dağıdan, hər partiyanı məğlubiyyətdən məğlubiyyətə aparan alətdir”.
Ərdoğan Məhərrəm İncənin şantaj edilməsin alçaqlıq olduğunu bildirib: “Bu xəyanətə ortaq olanlar indi Məhərrəm bəyi masaya çağırırlar. Sanki zarafat edirlər. Əvəllər onunla bağlı nə bir lent yazısı, nə də bir kasetin olduğu iddia edilib. Nə vaxt ki, namizəd olub Kılıçdaroğluna rəqib oldu, başına gətirilməyən qalmadı. Tək kaset deyil, başqa vasitələrdən də istifadə etdilər. Bunun arxasında FETO var. Bu oyunu Məhərrəm bəyə oynadılar. Bu oyunu oynayanlara lazımi cavabı verəcəyik. Onların türk demokratiyasında yeri yoxdur. Onların keçmişi də, bu günü də çirklidir...”
“AzPolitika.info”

Şərhlər
Bu Kilıncdaroğolunun seviyyesi,çıx qeyri müeyyen biridir.Erdopan Qalib olacaq.