Menu

Naxçıvan-Bakı reysini yerinə yetirən təyyarə texniki səbəbdən hava limanına qayıdıb

12.05.2023, 22:27
Naxçıvan-Bakı reysini yerinə yetirən təyyarə texniki səbəbdən hava limanına qayıdıb

"Azərbaycan Hava Yolları"nın J2-256 nömrəli Naxçıvan-Bakı reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə "Report"a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

Təyyarə saat 20:20-də Naxçıvan Beynəlxalq Hava Limanında eniş edib.

Gecikmə zamanı sərnişinlər aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol