Menu

"Cənab Kılıcdaroğlu, biz Azərbaycana deyil, Ermənistana dəstək verməli idik?!” - Çavuşoğlu

13.05.2023, 14:42
"Cənab Kılıcdaroğlu, biz Azərbaycana deyil, Ermənistana dəstək verməli idik?!” - Çavuşoğlu

“Biz Qarabağın işğaldan azad edilməsində Azərbaycana hər cür dəstək verdik. Kılıcdaroğlu isə deyir ki, biz sırf Azərbaycana dəstək vermişik. İndi soruşuram: “Biz Azərbaycana deyil, Ermənistana dəstək verməli idik?”.

“Report” “KanalV”-yə istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Alanyada seçicilərlə görüşdə bildirib.

O, Türkiyənin türk dünyasını birləşdirən bir ölkə olduğunu xatırladaraq müxalifətin prezidentliyə namizədi Kamal Kılıcdaroğlunun Azərbaycanı Çin-Avropa yol xəritəsindən kənar tutmasına işarə edərək deyib: “Azərbaycan Prezidenti cənab İlham Əliyev deyir: “Siz bizi niyə kənarlaşdırırsınız?!” Kılıcdaroğlundan soruşur: “Siz Azərbaycandan nə istəyirsiniz?!”.

Mövlud Çavuşoğlu 44 günlük müharibə zamanı ölkəsinin tutduğu mövqedən bəhs edərək bunları söyləyib: “Biz Qarabağın işğaldan azad edilməsində Azərbaycana hər cür dəstək verdik. Kılıcdaroğlu isə deyir ki, biz sırf Azərbaycana dəstək vermişik. İndi soruşuram: “Biz Azərbaycana deyil, Ermənistana dəstək verməli idik?! Azərbaycan öz torpaqlarını müdafiə etmək üçün döyüşdü, yəni Ermənistanın torpaqlarına hücum etməyib”.

Şərhlər

dadaşyev 2023-05-13 16:09:39

Təbii ki Kılıçdaroğlu kimi biri..Türkiyənin prezidenti seçiləmməz.Bu mümkün olan şey deyil.Bu,yalnız Türkiyə üçün deyil,Azərbaycan və Orta Asiya türk respublikaları üçün,eləcə də bütün Yaxın Şərq və Ukrayna-Rusiya üçün fəlakət olar.Bu birmənalıdır,elə Kılıçdaroğlunu kaset “kumpası”yla CHP-nin başına oturdan yadellilər onu bu məqsədlə oturtmuşlar;Kılıçdaroğlu nə deyirsə həmin o fəlakət planını quranların dedikləridir.Bu öz sözünü deməyə başlasa ümumiyyətlə siyasi təcrübəsi və zəkası olmadığı üçün heç nə deyəmmz,belə ki bu yaşına qədər adam ola bilməyibsə bundan sonra çətin ola.Türk milləti Türkiyəni dik dura bilən bir Türkiyə halına gətirmiş Ərdoğan kimi çox zəki və adam kimi adam olan birisini qoyub Kılıçdaroğluna səs verməz.Səs verərsə, türk milləti yoxuşu birinci skorostla da qalxa bilməyən maşın kimi bir şeymiş demək,ondan maşın olmaz yəni.Odur ki bir şeydən qəti əminəm:sabah Ərdoğan qalib gələcək.Türk demiş “öyle ya da böyle”.Çünki sabahkı gün bütün dünya türkləri üçün Sezarın Rubikonu keçməsi kimi bir gün ola bilər,yəni birilərinin şeytani hiylələri üzündən Ərdoğan qazanmazsa o zaman Ərdoğan mütləq və mütləq “Rubikonu keçməli”dir.Başqa yol yoxdur.Sezar çıxılmaz vəziyyətdə qalanda Roma respublikası qanunlarını tapdayıb qadağan edilmiş Rubikonu keçdi,Pompeyi Romadan qovdu ta Misirə qədər,Misirdə də Pompey öldürülüncə Sezar Romaya qayıdıb özünü əbədi diktator elan etdi və öldürülənə qədər həm özü,həm Roma imperiyası adam kimi yaşadı,hələ öldürüldükdən iki il sonra da onu müqəddəsləşdirib,kanonlaşdırıb o zamankı Roma tanrılarından biri səviyyəsinə qaldırdılar.Niyə?Çünki xalq üçün fəlakətli anlarda qeyri-adi cəsarət tapıb va-bank gedən liderləri hər dövrdə hər xalq sevib və sevəcək.Xalqı fəlakətli anlarında düşmənlə üz-üzə qoyub qaçanların isə qəbrini də daşqalaq edib sonrakı nəsillər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol