Menu

İrəvanda atışma olub, saxlanılanlar var

14.05.2023, 12:38
İrəvanda atışma olub, saxlanılanlar var

Ermənistanın paytaxtı İrəvanın mərkəzində atışma olub.

Bu barədə “Report” yerli mətbuata istinadla xəbər verir.

Məlumata görə, hadisə dünən gecə qeydə alınıb. Bir neçə nəfər arasında yaranan mübahisə əlbəyaxa dava və atışma ilə nəticələnib.

Hadisə ilə əlaqədar Gümrünün 4 sakini polis tərəfindən saxlanılıb.

Hadisənin təfərrüatları araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol