ƏRDOĞAN AÇIQLAMA YAYDI... - "Bütün vətəndaşlarımı təbrik edirəm..." + FOTO

"14 May seçkilərinin sülh və əmin-amanlıq içində, böyük bir demokratik ziyafət formasında keçməsi Türkiyəmizin demokratik yetkinliyinin ifadəsidir".

"AzPolitika.info" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Twitter" hesabından paylaşdığı açıqlamada bildirib.

"Seçkilərin belə müsbət və demokratik şəraitdə keçdiyi və səslərin hesablanması hələ də davam etdiyi halda, nəticələrin tələsik elan edilməsinə cəhd milli iradənin qəsb edilməsinə cəhd deməkdir.

Biz çox şadıq ki, xalqımızın lütfü davam edən səslərin sayılmasında da öz əksini tapır.

Mən bütün dostlarımdan və həmkarlarımdan xahiş edirəm, nə olursa olsun, nəticələr rəsmən yekunlaşana qədər seçki qutularının yanında qalsınlar.

Demokratiya naminə səs verən, seçki işində iştirak edən bütün vətəndaşlarımı təbrik edir, onların hər birinə öz təşəkkürümü bildirirəm" - deyə, Ərdoğan bildirib. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar