Menu

Rusiya təyyarələri ilə uçmaq təhlükəlidir – Ehtiyat hissələri yoxdur, nasazlıqlar təmir olunmur...

15.05.2023, 12:29
Rusiya təyyarələri ilə uçmaq təhlükəlidir – Ehtiyat hissələri yoxdur, nasazlıqlar təmir olunmur...

Qərbin genişmiqyaslı sanksiyalarının tətbiqindən sonra Rusiya aviaşirkətləri ehtiyat hissələri ilə bağlı problemlər yaşayır, buna görə də bəzi hallarda texniki qaydalardan yayınırlar və nasazlıqları nəzərdə tutulduğundan daha az aradan qaldırırlar.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Project” nəşrinin araşdırmasında deyilir.

2022-ci ilin fevralında tətbiq edilən sanksiyalara görə, Rusiya aviaşirkətləri xarici istehsal olan təyyarələrin ehtiyat hissələri birbaşa ölkəyə gətirilə bilmir. Bu problem digər təyyarələrin sökülməsi ilə həll edilir.

Avropa və Amerika istehsalçılarından təyyarə hissələrinin və komponentlərinin idxalının həcmi kəskin şəkildə azalıb.Qərb ölkələrindən tədarükçüləri Çin, Birləşmiş Ərəb Əmirlikləri, eləcə də Özbəkistan, Tacikistan və Qırğızıstan şirkətləri əvəz ediblər. Eyni zamanda, idxal olunan hissələrin hamısı yeni deyil.

Rusiya aviaşirkətləri köhnə təyyarələri sökmək hesabına ehtiyat hissələri əldə etməsini gizlədir. Araşdırmada qeyd olunur ki, ən böyük aviaşirkətlər məxsus təyyarələrinin 10%-dən çoxu üç aydan çoxdur səmaya qalxmayıb. Bu fakt onların ən azı bəzilərinin söküldüyünə işarə ola bilər.

“Proekt” yazır ki, ehtiyat hissələrinin tədarükündə fasilələr yarandığı üçün Rusiya aviaşirkətləri artıq beynəlxalq uçuş təhlükəsizliyi standartlarından kənara çıxmalı olublar. Xüsusilə, bort jurnallarının saxlanması qaydaları dəyişdirilib, burada bütün pozuntular qeydə alınmır. Bu təcrübə xüsusilə “Aeroflot”da tətbiq edilib.

Məqalədə vurğulanır ki, uçuş jurnallarında qəza avadanlığının olmaması və ya təyyarədə tualeti təmin edən vakuum generatorunun sıradan çıxması barədə məlumat yoxdur. Həmçinin, qeyd edildiyi kimi, təyyarələrə aradan qaldırılmamış nasazlıqlarla uçmağa icazə verilən müddət artır.

Problem həm də təyyarələrə texniki qulluq və məcburi texniki yoxlamalardadır. Rusiyanın məcburi dərin texniki yoxlamalar üçün imkanları və mütəxəssisləri yoxdur. Əvvəllər onlar Qərb ölkələrində həyata keçirilirdi. Bu ilin aprel ayının əvvəlində “Aeroflot” geniş gövdəli “Airbus A330-300” təyyarəsini texniki xidmət üçün İrana göndərib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol